15 yaşlı qız "Facebook" sosial şəbəkəsində dostluqdan sildiyi oğlan tərəfindən yandırılıb.
AZXEBER.COM-un bizimbaku saytına istinadən verdiyi xəbərə əsasən, Hindistanda bir yeniyetmə "Facebook" sosial şəbəkəsində onu dostluqdan silən qızdan intiqam almaq üçün üzünü qaynar suyla yandırıb.Şimali Hindistanın Bihar vilayətindən olan yeniyetmə oğlan qızın evinə gəlib. Qızın anasını kənara itləyərək qaynar suyu zərərçəkmişin üzünə töküb. Dərhal xəstəxanaya çatdırılan qızın üzünün 20 faizi yanıb.Xüsusən sağ yanağı və boynunun sağ hissəsi daha ağır dərəcəli yanıq xəsarətləri alıb. Zərərçəkmiş qız "Mən onun dostluğunu 1 il əvvəl layiqli olduğunu düşünüb qəbul etmişdim. Ancaq son zamanlar təhqirdeci sözlər işlətməyə və söyüş söyməyə başladı, mən də dostluqdan sildim", - deyib.Hazırda polislər kollec tələbəsi olan yeniyetməni axtarırlar. Onu da qeyd edək ki, Hindistanda facebook faciələri getdikcə artıb. Bu yaxınlarda 17 yaşlı bir qız ailəsinin facebook qadağasına görə intihar etmişdi.