Facebook şirkətinin əsas məqsədi gündəlik istifadəçilərin sayını 3-5 milyarda çatdırmaqdır.
AZXEBER.COM-un İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 5-də “Wired” jurnalına müsahibəsində Mark Zukerberq danışıb.Bu məqsədə nail olmaq üçün əsas vasitələrdən biri aprelin 4-də təqdim olunmuş “Facebook HOME” proqram əlavəsi olacaq. Facebook smartfon sahiblərinin həyatlarında vacib yer tutur. İnsanlar öz vaxtlarının 23%-ni mobil texnologiyalardan istifadə etməklə internetdə keçirir”, - deyə Zukerberq qeyd edib.Onun sözlərinə görə, proqram əlavəsinin yaradılması yeni bir smartfonun buraxılmasından daha əhəmiyyətli bir şeydir. “Əslində belə bir alətin hazırlanmasının bizim planlarımıza daxil olduğu barədə biz heç vaxt danışmamışıq. Bizim auditoriyamız milyard istifadəçidən ibarətdir və “Apple” şirkəti istisna olmaqla, bütün şirkətlər bazara 10-20 milyon smartfon və digər vasitələr çıxardır. Başqa sözlərlə desək, əgər biz telefon təklif etsəydik, öz istifadəçilərimizin yalnız 1-2%-nin tələblərini yerinə yetirmiş olardıq.