Facebook, istifadəçilərin profil fotoşəkillərini video olaraq dəyişdirə biləcəklərinin xəbərini vermişdi. Facebook`da istifadəçilər profil fotoşəkillərin yerinə öz videolarını qoya biləcəklər.
Facebook istifdəçilər üçün müxtəlif dəyişikliklər edirdi. Statusu bəyənmək smayları, Facebook Messenger tətbiqinı gizli söhbət kimi əkavələr etmişdi. İndi isə profil videoları istifadəçilərə təqdib edilib.Facebook istifadəçiləri, hərəkətli bir fotoşəkil yükləmək istədiklərində video tətbiqlərindən istifadə etməlidirlər.Yəni Facebook Profil İfadə Kit`i sayəsində GIF kimi hərəkətli görünüşlər istifadəçilərin profil şəkilləri olacaqlar.Profil Videosunu Dəstəkləyən Proqramlar.Hələki Beta mərhələsində olan Facebook Profil Videosu bəzi dəstəkçilərə sahib olacaq.MSQRD, Boomerang, Lollicam, Vine, Beauty Plus, Flixel Cinemagraph Pro kimi tətbiqlər istifadəçilərə profil videosu qoymaq üçün kömək edəcəklər.Profil Şəklinimi Video ilə Necə Dəyiştirəcəm?Facebook son dövrdə istifadəçilərə təqdim etdiyi yeni xüsusiyyətlərdə etdiyi kimi, istifadəçilər proqrama girdiyi anda mövzu ilə bağlı müxtəlif məlumatlar görəcəklər.İstifadəçi profilinə yönləndiriləndən sonra çıxacaq məlumatlardan sonra, istifadəçilərin profil şəkillərini video olaraq dəyişdirəbiləcəkləri qeyd olunacaq.Son mərhələdə istifadəçilər, proqram ilə inteqrasiya olunaraq işləyən proqramlar sayəsində profil şəkillərini GIF və ya video kimi hərəkətli görünüş olaraq dəyişdirə biləcəklər.Qısacası ən yeni versiya Facebook proqramını telefonunuza yüklədikdən sonra profilinizə girisiniz. Profilə girdikdən sonra öz profil şəklinizin üzərinə vurduqda video və ya şəkil əlavə etmək yazısını görəcəksiniz. Sözü gedən bölmədən öz profil şəklinizi video ilə əvəz edə bilərsiniz. Bu videonu çəkməkdə istifadə edəcəyiniz proqramlar yuxarıda qeydetdiyimiz proqramlardır.