Yenilənmə ilə birlikdə artıq facebook paylaşımlarına video rəy etmək mümkün olacaq. Beləcə siz artıq facebook paylaşımlarının altında rəyləri oxumaqla yanaşı videolara da baxa biləcəksiniz. Əvvəl yalnız şəkil rəylərinin mümkün olduğu bu platformada artıq video rəylər də mümkün olacaq.
Facebook tərəfindən bununla bağlı rəsmi açıqlama olmasa da, artıq video rəy funksiyası aktiv haldadır. İstifadəsi çox rahat olan bu funksiya ənənəvi olaraq facebook rəylərində şəkil yaxud video əlavə et bölməsindədir. Uzun-uzun rəy yazmaqdan bezmisinizsə videonuzu çəkib rəy kimi yerləşdirin. /// technote.az