Facebook statuslara görə pul verəcək

SOSİAL
13:41 09.06.2016
1999
Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradacaq.
"Gizmodo"-nun məumatına görə, Facebook-un texniki xidməti istifadəçilər arasında sorğu apararaq, statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışıblar. Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul "mükafat"ı, brendləşdirilmiş kontent və ya 
Facebook-un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi.
Bundan başqa, istifadəçilərə "Hərəkətə çağırış" adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və "dostlar"ın sayının artırılmasını nəzərdə tutulur.
Yeniliyin nə zaman reallaşacağı bəlli deyil.
///atv.az

OXŞAR XƏBƏRLƏR