"Facebook ulduzu" Aynur: "Məgər qaşda əlavə 2-3 tük namusun, qeyrətin göstəricisidir?!" - FOTOLAR + VİDEO

"Facebook ulduzu" Aynur: "Məgər qaşda əlavə 2-3 tük namusun, qeyrətin göstəricisidir?!" -  FOTOLAR + VİDEO
14:15 27.01.2014
34447
AZXEBER.COM-un "facebook ulduzları" rubrikasının bu dəfəki qonağı son zamanlar sosial şəbəkələrdə videoları ilə məşhurlaşan Aynur Hüseynovadır. Aynurun izləyiciləri onu "Aka The One" adıyla daha yaxşı tanıyır. Həmin müsahibəni təqdim edirik:- Aynur, son dövrlər sosial şəbəkələrdə müxtəlif mövzularda videolarınla məşhurlaşmısan. İlk sualım budur: Bu videoları hazırlamaqda məqsədin nədi?
- Gülüb-güldürmək, ideyalarımı paylaşmaq, emosiyalarımı ətraf mühitə ötürmək. Təzə-təzə bunu bekarçılıqdan edirdim. İndi isə, vaxt qıtlığı olduqda belə, nəsə çəkib yükləyirəm. Çünki bilirəm ki, kütləm hər gün məndən nəsə gözləyir. Gün ərzində müxtəlif sosial şəbəkələrdə yüzlərlə mesaj alıram. Hər kəsə ilk öncə pozitivliyimə görə təşəkkür edir. Əgər izləyicilərimə gündəlik həyatlarına az da olsa rəng qata bilirəmsə, bu mənim üçün böyük göstəricidir.
- Videolarını “Aka the one” adıyla yayırsan. O nə deməkdi?
- Adım Aynurdu. Dostlarım qısa ad olaraq Ayka çağırmağa meyilli idilər. Amma mən bu ada nifrət edirəm. O qədər Aykalar var ki. (gülür). Təsəvvür edin, gələcəkdə kiminsə nənəsinin adı Ayka olacaq. Sözüm onda deyil, bu adın daşıyıcısı olmamaq üçün alternativ variant olaraq Aka təklif etdim. Ağlıma bunu ilk dəfə bir yaxınım salmışdı. Bəyəndim. Və budur artıq 6 ildir ki, hər kəs məni Aka kimi tanıyır. Qabağıma hələ ikinci Aka çıxmayıb. “The One” isə bir dənə deməkdir. “D&G The One” favori ətirlərimdən biridir. Günlərin bir günündə anladım ki, budur “Aka The One”.
- Aynur, bu qədər video hazırlayırsan, montaj edirsən, paylaşırsan. Çoxları buna "avaralıq", "peşəkarlıq", səviyyəsizlik ya da kreativlik deyə bilər. Bəs sən özün başqa nə işlə məşğulsan? Ancaq belə işlərlə məşğulsan?
- Gördüklərim əslində heç də asan bir iş deyil. Nəzərə alsaq ki, mənə hazırda köməklik edən bir şəxs yoxdu. Videoblogdan savayı, Azərbaycanın öndəgedən şirkətlərinin birində çalışıram. İş yerimi açıqlamaq istəməzdim, bu bir sirr olaraq qalsın. Bunlara rəğmən, idmanla, qaçışla, kitab oxumaqla, rəqslə, rəsm çəkməklə də məşqulam. 7 il tələbə teatrında bütün baş rolları oynamışam. İndi vaxt tapdıqda arada bir epizodik rolla çıxıram səhnəyə. Yazılarımda var. Videoblogdan əvvəl, sadəcə blogum var idi. Amma sonra başa düşdüm ki, gənclər oxumaq deyil, baxmaq istəyirlər.
- Aynur, videolarının çoxunda tənqid var, yəni buna satira da deyə bilərik. Bəs qorxmursan ki, tənqid etdiklərin bir gün səni topa tutar?
- "Queen of Sarcasm" dostlarım mənə ləqəb qoyub. (gülür) Xeyr, qorxmuram. Xasiyyət baxımından mən çox güclü biriyəm. Tənqidi yumorla təqdim etdiyim üçün çoxu gülür, amma doğrunu da qəbul edirlər. Aqressiv reaksiya verənləri də qınamıram. Özünü qıraqdan görüb və buna gülüşlə yanaşmaq hər adamın işi deyil. Bəzi tiplər var ki, onlar mənim videolarıma bir ömür boyu aqressiya göstərəcəklər. Hər şeyə. Gül şəkli yükləsəm belə, bu 160 simvolluq mesajin səbəbinə çevriləcək və bu mesajda mütləq mentalitet, söyüş, Vətən, Qarabağ, siyasət yer alacaq. Hər şeyə radikal baxanlar, məntiqləri çalışmayan, İQ dərəcəsi sürünmək üzrə olan birilərinə ancaq yazığım gəlir. Monitor arxasında özlərini çox düzgün və bomba hiss etsələr də, bir reallığı başa düşə bilmirlər: bataqlıqdadırlar, nə isə dəyişmək lazımdı.
- Mentalitetdən söz düşmüşkən. Mental dəyərlərə münasibətin necədi: Məsəlçün: qızların qaş alması, toy kasetləriylə ərə verilməsi, eve gec gəlməməsi, diplomu cehiz kimi istifadə etməsi filan..
- Vaxtı ikən sayılıb seçilən ənənələr idi. İndi bunlar gülüncdür təbii ki. Kimisinin qaşının alınması və ya almaması axı niyə cəmiyyəti maraqlandırmalıdır?! Bu gigiyenik, özəl mövzudur. Və hər kəsən özü bunu həll edir. Buna heç kəs qarışmamalıdır. Məgər qaşda əlavə 2-3 tük namusun, qeyrətin göstəricisidir?! Bunlar kifayətdirmi? Əlbəttə ki, yox. Toy kasetiylə ərə getmək çoxdan dəbdə idi. Daha doğrusu başqa variant yox idi. Cavanlar bir birilərini necəsə görməli idilər ya yox? İndi Maşallah yüz dənə üsl var “facebook”undan tutmuş, kafesinə kimi. İndiki zəmanədə youtubedakı “wedding love story”ye baxıb evlənmək olar, bu da sizə toy kaseti (gülür). Evə gec gəlmək buna fərdi şəkildə baxmaq lazımdı, valideynlərdən də çox şey asılıdır. Ən çox da narahat olmamaları üçün axşam 6-dan sonra hər 2 dəqiqədən bir yığırlar ki, evə nə vaxt gəlirsən? Diplom isə hər kəsə lazımdır, heç kəs istəməz ki, yoldaşı, gəlini savadsız olsun. Diplomla işə düzələ bilməsəz də, üzülməyin, evlənəndə diplom tələb olunur. Bu arada, bütün bu mövzulara aid videolarım var və davamı da gələcək.
- Aynur, bəs elə mövzular varmı ki, onlara toxunmağa qorxursan? Yəni orada çatışmazlığı görsən də, o haqda video hazırlamırsan. Hər halda dediyin kimi, böyük bir şirkətdə işləyirsən. Səmimiyyətinə inandığıma görə bu sualı verirəm..
- Var. O videonu şir ürəkli olduğum üçün çəkmişdim. Bu videoya görə mən zəng etməyən, yazmayan qalmamışdı. Lakin video çox qalmadı, silməli oldum. Məcbur idim.
- Nə haqda idi o video?
- İki nazir haqda (gülür) Baxmayaraq ki, yumoristik bir şey idi, millətimiz baxmağa belə qorxdu. Və söhbəti çox şişirtdilər, anam da məndən xahiş etdi ki, pozum. Anam istəsin, mən etməyim? Solmazıma hər şey qurbandı...
- Demək təkcə ananın xahişiylə o videonu silmisən. Aynur, istədiyin oğlan var? Məncə səni izləyənlərə bu sualın cavabı maraqlı olar
- Yoxdur. Baxmayaraq ki, hamı mənə videobloggersən deyə evdə qalacaqsan kimi, "təsəlli" verir, amma əminəm ki, rastıma xəyallarımdakı bəy çıxacaq. Və mən doğurdan da xoşbəxt olacam. Çünki videoblogger kimi mən öz fikirlərimi və olan istedadımi paylaşıram. Nə bədənimi çöldə qoymuşam, nə də ki namusumu.
- Aynur, son günlərin aktual məsələsi haqda danışaq. Bildiyin kimi, Azad LGTB təşkilatının sədri İsa intihar edib və "facebook"da yazıb ki, onu biz öldürdük. Ümumiyyətlə, cinsi azlıqlara münasibətin necədi? Dostların arasında onlardan varmı?
- Bəli, var. Mən bütün seksual azlıqlara normal baxıram. Bu onların şəxsi həyatlarıdı. Heç kimə onun dəxlisi olmamalıdır. Gey olmaq "padlodur"? O zaman olmasınlar. Amma kiminsə olmağına burunlarını da soxmamalıdırlar. Adama deyərlər, sən kim olursan da digərinə onu orientasiyasına göre tezyiq göstərib, təhqir edirsən?! Sən Allahsan? Sənə düşüb cəzalandırmaq? Natural olub neynəmisən axı?!? Mən bu prinsiplə yaşayıram. Və bununla da fəxr edirəm! Naturallar arasında az fahişəsi, əclafı, biqeyrəti var? Bunlar hamısı homofobdur. Və hər bir homofobun içində potensial bir gey yaşayır. Sadəcə olaraq psixoloji olaraq bunu qəbul etmək istəmirlər, qaçırlar geylərdən, çünkü gey mühütündə o ab-havaya düşmə riskləri var. Bu qədər bəsit...
Əsəbiləşmə.. "Facebook"da şəkillərinin 99%-də gülürsən, pozitivsən, şənsən. Doğurdanmı sənin üçün həyat bu qədər gözəldir. Hərdən bir bəyənmədiyin ağlaşma səhnələrindən də paylaş da...
-“Be Positiv, Think Positive”. Hər gün min dəfə bunu təkrarlayıram. Çünki düşüncələrimiz materiallaşır. Çünki düşüncə, təxəyyül, şüuraltı necə ki, pozitiv, nikbin enerjini, eləcə də xudbin və neqativ enerjini cəlb etmiş oluruq. Beyin inkar sözlərini qəbul etmir. Misal üçün, hər gün "mən ağlamaq istəmirəm" desək və inkar sözünü aradan çıxarsaq, şüuraltı bunu "ağlamaq istəyirəm" kimi qəbul edir, nəticədə pessimist biri kimi həyata davam edirsiz. Yox əgər "ağlamaq istəyirəm" frazasını "mən gülmək istəyirəm"ə əvəz etsəniz, nəticələrini görəcəksiniz. Bu psixlogiyadır, mənim sevdiyim psixologiya. Mən həyatı sevirem. Həyat da meni. Hamının bir problemi var, amma yenə də həyat gözeldir, ağlamalinski şekillerim yoxdur, Hacıbəy (gülür)
- Aynur, son sualımız ənənəvidir: Səncə bu müsahibəyə hansı başlığı qoyacağıq?
- Çox güman yazdığım ən maraqlı bir cümləni istifadə edərsiniz. Bəlkə də yox. Yaz adımı, Xalq, Millət, belə Dəli Kür, Yaralı Araz, Xəzər, Ağ qızıl, Qara Qızıl, taxıl zənləri, pambıq çölləri (gülür)Hacıbəy Heydərli,AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR