Taylandda bir stüardessanın Facebook sosial şəbəkəsində yazdığı status başına bəla olub.
"Cathay Pacific" aviaşirkətində stüardessa işləyən Honey Lochanachai Banqkok-Honkonq reysi ilə uçan sərnişinlərə qulluq edirdi. O, sərnişinlər arasında Taylandın sabiq baş naziri, multimilyarder Taksin Çinavatın qızı Patonqtarn Çinavatı görüb. Mobil telefonla Patonqtarnın oturduğu yerin fotosunu çəkən stüardessa Facebook-dakı profilində yaıb: "Onun başına qəhvə fincanını tökmək istərdim". Aviaşirkət də sərnişinlərlə bağlı məlumatların sosial şəbəkələrdə paylaşılmasını "Cathay Pacific"in siyasətinə uyğun olmadığını bildirərək stüardessanı işdən qovub. (milli.az)