Bu səhər dünyanın ən populyar sosial şəbəkəsində problem yaşanıb.
Ən populyar sosial şəbəkə Facebook-da bu gün səhərdən problemlər yaşanıb. İstifadəçilər səhər səhifələrinə daxil olduqda ağ xəbər qaynaqları ilə qarşılaşıblar. Əvvəlcə problemin internetdə olduğu düşünülsə də sonradan Facebook-un özündə sıxıntıların olduğu məlum olub. Artıq problemlə bağlı Facebook tərəfdən rəsmi açıqlama da gəlib. Problemlə üzləşən bütün istifadəçilərdən üzr istənilərək nasazlığın 14:20-də aradan qaldırıldığı bildirilib.