“Facebook”a növbəti XƏBƏRDARLIQ – SƏBƏB

MARAQLI
16:03 14.12.2023
206
Britaniya Federal Təhqiqatlar Bürosunun Milli Cinayət Agentliyi "Facebook”un şifrələməsinin uşaqların təhlükəsizliyini riskə atdığı barədə xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, bu yaxınlarda uşaq təhlükəsizliyi təşkilatları və ABŞ prokurorları "Meta”nın yeni şifrələmə hərəkətini sərt şəkildə tənqid ediblər.

Bildirilib ki, texnologiya nəhəngi "Facebook” mesajları üçün başdan-ayağa şifrələməni tətbiq etmək qərarına gəlməklə, uşaq cinsi alveri qurbanlarının xilas edilməsinə və cinayətkarların mühakimə olunmasına mane olacaq. 

Milli Cinayət Agentliyinin (NCA) bildirdiyinə görə, polis "Facebook”da risk altında olan uşaqlarla bağlı aldıqları hesabatların çoxunu platformanın şifrələməsi səbəbindən itirə bilər. 

NCA uşaqların özlərini böyüklər kimi göstərərək "Facebook”a daxil olmasından, pedofillərin isə onlarla ünsiyyət qurmaq üçün özlərini uşaq kimi göstərməsindən narahatdır.

"Meta” şifrələmənin hakerlərin, fırıldaqçıların və cinayətkarların şəxsi mesajları oxumasının qarşısını alacağına inanır və uşaqları qorumaq üçün başqa tədbirlər hazırladığını, o cümlədən 19 yaşdan yuxarı istifadəçilərin onlara əməl etməyən yeniyetmələrə mesaj göndərməsini məhdudlaşdırdığını söyləyib.

Ayşən

OXŞAR XƏBƏRLƏR