'Facebook'da Baba Pünhanın adından istifadə edən gənclər ifşa olundu

MARAQLI
16:32 11.01.2013
7814

Son günlər sosial şəbəkələrdə Azərbaycanın tanınmış qəzəlxanı, mərhum Baba Pünhanın adından status, fotolar paylaşılır.

AZXEBER.COM-un məlumatına görə, şəkildə “Bir şəhid istəyirəm ki, atası nazir, anası millət vəkili olsun, bax onda deyərəm ki, vətən, başın sağ olsun” sözləri yazılıb. Məsələylə bağlı

Bu barədə AZXEBER.COM-a açıqlama verən, mərhum şairin bacısı oğlu Samin Abdullayev bildirib ki, bu sözlər onun dayısına məxsus deyil: “Bu sözləri Baba Pünhan heç bir şeirində, qəzəlində, çıxışında deməyib. Dayımın adından istifadə edən insanlara ar olsun, mən həmin insanların yerinə utanıram”.

Qeyd edək ki, son günlər əsgər Ceyhun Qubadovun ölümündən sonra “facebook”un ən böyük Azərbaycan dilli səhifələrində yayılan bu sözləri Baba Pünhanın dediyi iddia olunurdu.
OXŞAR XƏBƏRLƏR