"Facebook"da baş naziri təhqir edən uşağa şok cəza

DÜNYA
13:57 21.07.2012
3281

Türkiyədə Facebook sosial şəbəkəsində baş Rəcəb Tayyib Ərdoğanın siyasətini pisləyərək ona tənqid və təhqirlər yazan 17 yaşlı gənc məhkəmədən şok cəza alıb.

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbər görə, təxminən 5 ay davam edən məhkəmədə Ərdoğanın vəkili də iştirak edib.

Baş nazir özü şikayətçi olmasa da, gənc oğlana birinci 3, sonra isə 2 il cəza kəsən məhkəmə azyaşlı olduğunu nəzərə alaraq ona 11 ay 20 günlük cəza kəsib.

Gənc uşaq isə sözlərini təhqir mənasında yox, sadəcə tənqid etmək üçün yazdığını bildirərək baş nazirə məktub yollayıb. Məktub Ərdoğana çatıb, məhkəmə isə qərarını verib.

OXŞAR XƏBƏRLƏR