"Facebook"da yayımlanan bir şəkil ilə böyük insanlıq dərsi verən müəllim danışdı - VİDEO

"Facebook"da yayımlanan bir şəkil ilə böyük insanlıq dərsi verən müəllim danışdı - VİDEO
SOSİAL
15:32 08.02.2017
2233

 

Yardımlı rayonunun Dəlləkli kənd orta məktəbinin müəllimi Nəcəf Məhərrəmovun bütün ölkədə tanınmasına səbəb gördüyü nəcib və xeyirxah işi olub.

O, düz 21 ildir ki, qarlı, şaxtalı havalarda şagirdlərini məktəbə şəxsən özü aparıb-gətirir.

Nəcəf Məhərrəmov - müəllim: "Şagirdlər kəndin aşağı tərəfindən gəlirlər. Mənim də evim məktəbə yaxın olduğu üçün 8-ə 15 dəqiqə qalmış uşaqları bizim evin yanından yığıb, oradan söhbət edərək, nağıllar danışaraq məktəbə gətirirəm".

Təsadüfən çəkilən 1 şəkildən sonra isə Nəcəf müəllim çoxlarının rəğbətini qazanıb. Yardımlı rayonuna yağan 1 metr hündürlüyündə qarda cığır açaraq uşaqları məktəbə aparan müəllimin fotosu sosial şəbəkəyə yerləşdirilib. Beləliklə, Nəcəf Məhərrəmov özünün belə xəbəri olmadan bütün ölkədə tanınıb.

Müəllimi məşhurlaşdıran fotonun müəllifi isə Dəlləkli kənd sakini Sakit Ziyadovdur. O, bu fotonu təsadüfən çəkdiyini deyib.

Sakit Ziyadov - fotonun müəllifi: "Gözəl bir mənzərəylə qarşılaşdım. Nəcəf müəllim uşağın çantasını götürərək gəlir. Uşağın da əlindən tutaraq yeriməsinə köməklik edir. Eşitdim ki, müəllim deyir ki, uşaqlar yol yoxdur. Mən yolu açıram tələsməyin, siz arxamca gəlin. Nəcəf müəllimin xəbəri olmadan şəkili çəkdim".

Nəcəf müəllim deyir ki, şəkil paylaşılandan sonra ölkənin müxtəlif yerlərindən ona təşəkkür zəngləri gəlir. Bu nəcib işə görə ona minnətdarlıq edənlərin ardı-arası kəsilmir.

Şagirdlərinə yalnız təhsildə deyil, həyatda da cığır açan müəllimin tək arzusu təhsil verdiyi uşaqların gələcəkdə elmli, savadlı insanlar olmasıdır.

 
ARB
 
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
İranda ilk hava taksisi istifadəyə verildi
19:14 24.05.2025
İranda ilk hava taksisi istifadəyə verildi
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
18:57 24.05.2025
"Qarabağ" Premyer Liqanın sonuncu turunda "Şamaxı"ya qalib gəlib
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil
18:42 24.05.2025
Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil