Tədricən həyatımızın bir hissəsinə çevrilməkdə olan “Facebook” sosial şəbəkəsində bir qism insanlar var ki, onlarla dostluq etmək sonradan sizin üçün başağrısına çevrilə bilər. Bu səbəbdən də aşağıda tövsiyə etdiyimiz insanlarla dostluqdan nə qədər qaçsanız, başınız bir o qədər problemsiz olar. Məsələn, - Nənənizin dostları ilə; - Qeybətcil, dedi-qodunu sevən qohumlarınızla; - Tanımadığınız təhlükəli insanlar, eləcə də, yalnız gözəlliyinizə görə sizə dostluq göndərənlərlə; - Ortaq yoldaşlarınız olan xaricilər, tanımadığınız insanlar, yəni, kiminsə vasitəsilə tanıdığınız insanlarla. Bir yaxud bir neçə ortaq yoldaşınız, tanınmış dostunuz var deyə, sizinlə dost olmaq istəyənlərin nə məqsədi ola bilər? - Müdirinizlə. “Facebook”da yoldaş olmamağa ən çox diqqət yetirməli olduğunuz adam məhz sizin müdirdir. Çünki, yazacağınız hansısa səhf fikir sonradan sizin işinizdə problem yarada bilər. - Eləcə də, işinizlə əlaqəli olan insanlarla. - Məktəb illərində sevmədiyiniz insanlarla da “Facebook”da yoldaşlıq etmək məsləhət deyil. Danışmadığınız, küsülü olduğunuz insanlarla. Bəlkə də, məktəb illərindən bəri həmin şəxslə danışmırsız. Yaxud da, nə vaxtsa bir otaqda qaldığınız şəxs və s... onlarla “Facebook”da dostluq etmək sonradan problemlər yarada bilər.











































