Facebookda necə məşhurlaşmaq olar?

MARAQLI
01:28 06.06.2015
1808
1. Dostluğunda olanların diqqətdə saxlanılması. Ad günü təbriki. Hansı ki, bu lazımlıdır.
Ona görə ki, təbrikinə qarşı diqqətsiz olanı az sonra dostluqdan uzaqlaşdırırsan.
2. Əgər facebookdasansa, mütləq dostlarının paylaşımını bəyən, fikir bildir, həmçinin böyük səhifələrdə marağını çəkəcək mövzulara şərh ver.
3. Necə varsan, eləcə görünməyə çalışırsan. Bu səni daha da sevdirir.
4. Arada dostluqdan uzaqlaşdıracağınla bağlı təhdidedici statuslardan istifadə edirsən. Hansı ki, bunu çoxları “like” üçün hesablanmış fikir hesab edir, amma əslində bu metod səninlə dost olmaqda maraqlı olanların kimliyini müəyyən etməyə, maraqlı olmayanların isə ya özləri, ya da sənin vasitənlə dostluqdan uzaqlaşmağına hesablanan addımdır.
5. Ən çox like gələn statuslarını bir yerə toplayaraq, bəyənənləri dostluqda saxlamaqla digərlərini dostluqdan uzaqlaşdırırsan və beləcə dostluğunda səni sevən və sənin sevdiklərin formalaşır.
6. Gündəmdəki mövzulara reaksiya verir və bir az da yumor qataraq rəğbət qazanırsan.
7. Öz fəaliyyətin haqqında arada paylaşımlar edirsən. Özünü yüksək tutmursan. İnsan olduğunu və qarşındakıların da insan olduğunu unutmursan.
8. Qadınlara qarşı xüsusilə diqqəli olursan. Arada qadınlığını unudanlar olduqda blok listdə məzarlığa gömürsən.
9. İntim mövzuda və ya xürafat mövzusunda qəsdən bir status paylaşır və həddini aşanları müəyyənləşdirirsən. Sonra onları bir-bir dostluqdan uzaq tutursan.
10. İzləyicilərinin daha çox olması üçün dostluğunda 5000 insan olmalıdır ki, bu zaman da dostluq göndərənlər avtomatik izləmə bölümünə düşsünlər.
11. Hər dostluq göndərən şəxsin dostluğunu qəbul etmirsən. Bəzən 7 ortaq dostla gəlib, 7 gün sonra 700 ortaq dostla çıxanlar olur. Elələrini diqqətdə saxlamaq üçün dostluğa qəbul edirsinizsə, xəbərdarlıq ismarıcı yazırsınız. Məsələn mən bu cür qarşılayıram: “Salam. Dostluğa xoş gəldiniz. Sizinlə ortaq dost sayı 7-dir”. Az sonra bu 7, 77 olursa, o zaman həmin şəxs blok listə gedir.
12. Dostluq göndərərkən də elə birinə dostluq göndər ki, onunla fikirlərin üst-üstə düşsün. Əks təqdirdə dostluq tez bitəcək.
13. Sənə qarşı üzdə mehriban olub arxada iş çevirənləri müəyyən etmək üçün alternativ bir hesabın olur. Qadın adına açılmış hesab. Hansı ki, o hesabla bütün dostluğunda olanlarla dost olursan. Heç kimə heç nə yazmır yalnız müşahidə edirsən. Sənə qarşı yaltaqlıq və ya digər saxtakarlığa yol verdikdə, həmin şəxsi dostluğundan uzaq tutur və ya birbaşa blok listə atırsan.
14. İstədiyin dostları toplayana kimi dediklərim bu faktlardan istifadə edirsən. Beləcə səni minimum 250.000 insan tanıyır.
15. Bunları bacarsan, qarşına ən gözəl qızıl qayda çıxır ki, onu da hər zaman sirr saxlayırsan ;)Elçin Əfəndi
OXŞAR XƏBƏRLƏR