"Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq

"Facebook"da yenilik - "Discord"la eyni xüsusiyyətə malik olacaq
MEDİA
00:05 30.06.2022
380
"Facebook” yeni funksiyasını elan edib.

AZXEBER.COM xəbər verir ki, Meta "Facebook” qrupları üçün yeni funksiyasını elan edib. Sosial media platformasındakı bu dəyişiklik mesajlaşma platforması "Discord” ilə oxşarlıqları ilə diqqət çəkib.

Belə ki, Meta bir sıra yeni funksiyalar, o cümlədən qruplar üçün yeni yan panel, eləcə də adminlərin söhbət, audio və yayım kanalları yaratmaq qabiliyyətinə imkan yaradan yeni funksiyanı işə salıb. Yan panel istifadəçilərə qrup məzmununa daha çox nəzarət etmək məqsədi daşıyır.

Qeyd edək ki, dəyişikliklər və yeniliklər hazırda sınaq mərhələsindədir, lakin Metanın bu xüsusiyyətləri yaxın aylarda təqdim edəcəyi gözlənilir.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR