‘Facebook’da öz ölüm tarixini yazdı və öldü - FOTO

‘Facebook’da öz ölüm tarixini yazdı və öldü - FOTO
DÜNYA
13:05 05.04.2012
5847

AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ayrı-ayrı məktəblərdə təhsil alan 10 şagird arasında qız üstündə mübahisə düşüb. Mübahisənin böyüməsi bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində Burak Okun adlı şagir boğazına batırılan bıçaq yarasının ardından yerindəcə keçinib.

Polisin araşdırmaları nəticəsində Okunu bıçaqlayan məktəb şagirdi həbs edilib.

Orta məktəb şagirdi olan Burak Okunun ölümü bir çoxlarını təsirləndirib. Bunun ən başlıca səbəbi isə, onun ölümündən bir gün öncə “Facebook” səhfəsində paylaşdığı şəkil olub. Şəkildə Okun, “Burak Ok. 1996- 2033. Xəəngdən öldü. Səni unutmayacağıq" yazaraq öz ölümünün xərçəngdən reallaşacağına şüphə etmədiyini yazıb.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR