"Facebook"dakı son sözləri bu oldu - "Başımı kəsəcəklər..."

DÜNYA
12:21 06.01.2016
5381

İŞİD-in mərkəzi sayılan Rakka şəhərində yaşayan "Nissan İbrahim" ləqəbindən istifadə edən Ruhiyə adlı gənc qız, İŞİD üzvləri tərəfindən edam edilib. 

"Twitter"dəki "Raqqa Being Slaughtered Silently" hesabı tərəfindən verilən açıqlamaya görə gənc fəal dünən edam edilib. Ruhiyə İŞİD-ə qarşı çıxışları ilə tanınan biri olduğu üçün daima təhdid altında yaşayırdı.

Ruhiyənin "Facebook" hesabında paylaşdığı son statusunda isə bunlar yazılmışdı: "Rakkada təhdidlər altında yaşayıram. İŞİD-çilər məni tutacaq və başımı kəsəcəklər. Qürursuzca yaşamaqdansa, qürurumla başımı itirməyi seçirəm" (bizimyol.info)

OXŞAR XƏBƏRLƏR