"Facebook"dakı xalqın gözü tərəzi deyil...

"Facebook"dakı xalqın gözü tərəzi deyil...
KÖŞƏ
19:28 28.06.2014
3801

Zöhrab SüleymanFacebookdakı xalqın gözü tərəzi deyil...

Statistikaya əsasən Azərbaycandan facebooka daxil olanların sayı dünyanın ən çox əhalisi olan Çində facebooka girənlərin sayından çoxdur.Bu nə ilə əlaqədardır? Əvvəla deyim ki cəmiyyət olaraq hələ də facebook-un məqsədini məramını öyrənə bilməmişik. Bütün dünyada facebooka girənlər öz xalqını tanıtmaq və ya öz fikirlərini, sevinclərini, kədərini dostlarıyla bölüşmək bəzi hallarda isə tanışlıq məqsədinı güdür. Ancaq bəlkə də dünyada tək xalq bizik ki, facebooka yalnız kimisə təhqir etmək üçün və ya öz xalqını pisləyib özlərini ağıllı göstərmək, nəticə etibarilə “bomba” oğlan kimi görsənib qızların gözünə görünmək üçün giririk. Son illərdə bu lap dəb halını alıb. Məsələn hər hansı bir statusa bir xanım: “Pfff admin öldürmüsənee özünə bir az hörmət qoy” şərhini yazırsa bilin ki, onun ən azı 5-6 qaqa-nın“reply”si olacaq. Reply-lər bundan ibarətdir: “xanım düz deyirsiz.Bu admin lap düşükdü”.Xanımdan cavab gəlmədikdə isə 2-ci reply “xanım dostluq atmışam qəbul edərdiz”... J Bax belə... Kimisə təhqir edib bomba görünmək məhz budur...

Son qəbul edilən qərarlardan biri də internet üzərində təhqirə görə cinayət tərkibinin olması haqdadır. Bu qanunu dərc edənləri alqışlayıram. Ancaq qanunun icrası özü qədər ciddi olsa lap çox sevinərəm.

Daha bir aktual məsələlərdən biri facebookda yersiz qınaq olunmadır. Hər hansı bir məşhur öz bacarığı hesabına nəsə edib irəli gedirsə o yersiz qınanılır və bir çox halda təhqir olunur. Məsələn mənim rəhbəri olduğum səhifə ümumi universitetləri əhatə edir. Məhz buna görə də universitet rəhbərləri və məsul şəxsləri tərəfindən səhifə izlənilir.Tələbələrin anonim halda yazdığı şikayətlər yayımlanır və anındaca universitetlərin xəbəri olur. Bu azmış kimi bəziləri ağıl öyrətməkdən belə çəkinmir: “Kimin sözü varsa Təhsil Nazirliyinə yazsın da bura bəyəm nədiki belə?” Həmin istifadəçi alt statusda isə adminə ağıl öyrədir: “Admin imkanolsa Qarabağı da alarsan”… Həmin userə mən necə deyim ki. əgər mən Təhsil Nazirliyi deyiləmsə deməli sən dediyin Müdafiə Nazirliyi də ola bilmərəm axıJ

Cəmiyyət olaraq çox cəsarətsizik. Yersiz qınanmala rçoxdur.Facebookda yayımlanan bulvarda öpüşən sevgililəri qınayanlar elə özləri min hoqqadan çıxanlardır,Milli qəhrəmanların adını bilməyənləri qınayanlar Milli qəhrəmanlardan yalnız Mübariz deyib soyadını unudanlardı, Himnimizi işğal olunmuş ərazilərimizi bilməyənləri qınayan onlara gülən elə özləri vətənini unudanlardır.

Jurnalistlər şəhərdə sorğu keçirəndə “elə danışırsanki guya elə özün bilirsən” və ya “Mənim nəyimə lazımdıre Qarabağın işğal tarixini bilmək” bəzən də ”Üzeyir Hacıbəyov? O kimdir? Mən bilməliyəm onun kim olduğunu? Sən Balabəyi Gülağanı Cavidi tanıyırsan? O sənin kruqun bu da mənim kruqum” deyib özlərini rüsvay edən gəncliyimiz var. Hər dəfə televiziyadan onlara baxanda vallah billah gənc olduğumçün utanıram qardaş. Bəli Üzeyir Hacıbəyovu, Qara Qarayevi, Fikrət Əmirovu, Xan Şuşinskini tanımayan gəncliyə ayıb olsun! Əgər gənclik meyxanaçı Üzeyiri, Balabəyi, Gülağanı, Cavidi, Baloğlanı tanımaqla ölçülürsə tüpürüm o gəncliyə...!!!

Guya təkcə günah gəncliyimizdədirmi? Ağsaqqallarımızın çoxusunun ictimai yerlərdə avtobusda, metroda qızlara sataşmasını necə qəbul edək? Ağsaqqal belədirsə gənclikdən nə umaq?

Və əsas məsələlərdən biri Azərbaycan dilinin hər kəs tərəfindən tam öyrənilməməsidir. Məsələn adicə dostlar arasında əsl Azərbaycan sözlərini işlədəndə dostlarım gülür deyirlərki özünə hörmət qoy.Hörmət nə ilə ölçülür qardaş? Blatnoy rus sözləri ilə? Yoxsa modern Avropa sözləri ilə??? Məncə düşünək...

OXŞAR XƏBƏRLƏR