"Facebook"dan böyük itki

DÜNYA
08:08 17.08.2012
3685

Dünyanın 1-nömrəli sosial şəbəkəsi olan Facebook növbəti “ağır zərbə” ilə üzləşib. Şirkətin səhmlərinin kütləvi satışına qoyulmuş məhduddiyyətlər aradan qalxar-qalxmaz, Facebookun bazar dəyəri 1 milyard dollar ucuzlaşıb. Əvvəllər şirkətin hər səhmi qiymətli kağız bazarlarında 38 dollara satılırdısa, indi bu qiymət rekord aşağı göstərici – 20 dollara qədər azalıb. Facebooka iri məbləğli yatırımlar etmiş investorlar, “lok-ap” müddətini başa çatması ilə, səhmlərini birjaya çıxarıb. Bazar təklifinin çoxalması ilə, səhmlərin qiyməti 6% aşağı düşüb.

Qeyd edək ki, “Lok-up” müddəti 90 gün ərzində qüvvədə olur və bazara yenicə çıxarılmış səhmlərin yüksək qiymət dəyişkənliyindən qorumaq məqsədi daşıyır. Səhmlərin ucuzlaşmasına gəlincə, şərhçiləri bunu mobil qurğularda və telefonlarda Facebookdan istifadə edənlərin çoxalması tendensiyası ilə izah edir. Belə ki, proqramın mobil versiyasında, daha çox reklam yerləşdirmək çətinləşdiyindən, investorlar Facebookun rentabelliyinə şübhə ilə yanaşmağa başlayıb.

OXŞAR XƏBƏRLƏR