'Facebook'dan 'mavilər' və lezbiyanlara xoş xəbər - FOTO

MARAQLI
16:10 04.07.2012
3640
Facebook istifadəçiləri ismarışlarına uyğun ikonanı yapışdıraraq eynicinsli nikaha girdiklərini elan etmək imkanı qazanıblarBu barədə "Mashable" məlumat verib.Facebook-un “Xronika”sında (Timeline) istifadəçilər yalnız adi statuslar deyil, həmçinin həyatlarının vacib hadisələrini də paylaşa bilirlər. Bura iş yerinin dəyişməsi, təhsil, yaşayış, xəstəlik, ailə statusunun dəyişdirilməsi və s. daxildir.Əgər istifadəçi, “xronika”sında evləndiyi barədə məlumat yerləşdirmək istəyirsə, ona həyat yoldaşının profilini işarələmək təklif olunur. Bununla yanaşı, sosial şəbəkə həyat yoldaşının cinsiyyətindən asılı olaraq uyğun ikonlar seçir: ənənəvi “bəy və gəlin”dən başqa, iki “bəy” və iki “gəlin” şəkilləri də nəzərdə tutulub.İstifadəçilər ilk dəfə eynicinsli nikah ikonasını bu yaxınlarda “sevgilisi” Şon Eldriclə evlənən Facebook yaradıcılarından biri Kris Hyuzun səhifəsində görüblər.Facebook eynicinsli əlaqələri birinci dəfə dəstəkləmir. 2011-ci ilin fevralında sosial şəbəkədə müxətlif ölkələr üçün nəzərdə tutulmuş, LGBT tərəfindən də dəstəklənən “vətəndaş nikahı” və “ev partnyorluğu” ailə vəziyyəti statusları yarandı. 2012-ci ilin mart ayının sonlarında şəbəkənin nümayəndəsi Facebook-un yeni proqram üzərində işlədiyini və bu proqramın intiharların qarşısını almağı hədəflədiyini deyib. Proqrama LGBT cəmiyyəti də qoşulub. /// publika.az
OXŞAR XƏBƏRLƏR