"Facebook"un canlı yayımında öncə körpəsini öldürdü, sonra da intihar etdi

"Facebook"un canlı yayımında öncə körpəsini öldürdü, sonra da intihar etdi
DÜNYA
17:34 26.04.2017
1911
Taylandın Puket adasında tərk edilmiş bir oteldə qorxunc hadisə yaşanıb.

Ata körpə qızını öldürdükdən sonra özü də intihar edib və bütün bunları "Facebook" sosial şəbəkəsində canlı olaraq yayımlayıb.

Həyat yoldaşı ilə mübahisə etdikdən sonra bu hadisəni törədən adamın videosunun sosial şəbəkədə uzun müddət qalması istifadəçilərin etirazına səbəb olub.

Çoxsaylı şikayətlər səbəbindən mediaya açıqlama verən Mark Zukkenberq bu tip şiddət xarakterli videoların yayımdan vaxtında qaldırılması üçün videoların dəyərləndirilməsi üzərində çalışdıqlarını bildirib.

Qeyd edək ki, oxşar hadisə daha öncə də ABŞ-da baş vermiş, yaşlı bir kişini öldürən cinayətkar qətl videosunu sosial şəbəkə hesabında paylaşmış və polisə yaxalanmamaq üçün intihar etmişdi.

///Qaynarinfo.az
OXŞAR XƏBƏRLƏR