“Facebook”un işində bəzi dəyişikliklər olacaq

“Facebook”un işində bəzi dəyişikliklər olacaq
MEDIA
09:29 10.11.2021
234
"Facebook” və "İnstagram” istifadəçiləri bəzi mövzularda sərbəst paylaşım edə biləcək.

APA-nın xəbərinə görə, "Meta” şirkəti yayım siyasətində dəyişiklik edir.

Artıq bəzi həssas mövzularda paylaşım edən istifadəçilərin hesabı bloklanmayacaq. Söhbət əsasən, dini, irqi mövzular və xəstəliklərlə bağlıdır. Bu mövzularda status paylaşanlar dəfələrlə problemlərlə üzləşdiyi üçün "Meta” şirkəti yayım siyasətini dəyişir. Yeni qaydalar gələn ildən tətbiq ediləcək.
OXŞAR XƏBƏRLƏR