«Facebook» sosial şəbəkəsinin yaradıcı və rəhbəriMark Zuckerbergevlənib. Mayın 19-da milyarderMark Zuckerberg uzun zamandı sevgili olduğuPriscilla Chanlasadə toy mərasimi keçirib. Mark ailə qurmasıyla bağlı xəbəri və fotoları «Facebook»səhifəsində yerləşdirib. CNN-in məlumatına görə, dəbdəbəsiz keçən toy mərasimiZuckerbergin Californiya ştatında yerləşənPalo-Alto şəhərindəki malikanəsində keçirilib. Toy mərasimində nə bahalı maşın korteci olub, nə də atəşfəşanlıq. Sadə qara kostyumda olanZuckerbergin həyat yoldaşı da çox sadəgəlinlik libası geyinib. Mərasimdən sonra hər iki gənc öz «Facebook» səhifələrindərelationship statuslarını yeniləyərək «evli» olduqlarını bəyan ediblər. Toyda 100-dən çox qonağın iştirak etdiyi deyilir. «Facebook» sosial şəbəkəsi 2004-cü ildəMark Zuckerbergvə onun tələbə yoldaşları tərəfindən yaradılıb. Dünyada ən böyük sosial şəbəkəsi olan «Facebook»un səhmləri100 milyard dollara çatıb.
///azadliq radiosu