Bolqarıstan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutan «Maleş» - MOİK görüşü maraqlı hadisə ilə yadda qalıb. Meydan sahiblərinin qələbə qazanması üçün stadiona təxminən 50-yə yaxın fahişə təşrif buyurub. Lüt gözəlçələr oyunboyu sevimli komandalarını dəstəkləyib.
Fahişələr erotik pozalar göstərərək paytaxt klubunun futbolçularını çaşdırmağa çalışsalar da, «hərbçilər»in qələbə qazanmasına mane ola bilməyib. Meydan sahiblərinin bütün cəhdlərinə baxmayaraq, MOİK səfərdə 0:3 hesabı ilə qalib gəlib. //Ans Press