Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - FOTOLAR

Fahrettin Altun QHT Agentliyinin rəhbərliyi ilə görüşüb - FOTOLAR
SOSİAL
13:53 27.01.2022
201

Ankarada səfərdə olan QHT Agentliyinin rəhbərliyi Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunla görüşüblər.

Qonaqları salamlayan Fahrettin Altun Agentliyin Türkiyəyə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Musavat.com xəbər verir ki, F.Altun iki ölkənin vətəndaş cəmiyyəti qurumlarının ortaq fəaliyyətləri barədə fikirlərini bölüşərək, 2022-ci il "Şuşa ili” çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin birgə əməkdaşlığının gücləndirilməsi və onlar arasında ortaq fəaliyyətin çox vacib olduğunu qeyd edib.

Agentliyin rəsmisi Vüsal Quliyev Fahrettin Altuna qəbula görə təşəkkürünü bildirirək, Türkiyənin vətəndaş cəmiyyəti təsisatları ilə çalışan aidiyyəti dövlət qurumları və QHT-lərin əlaqələrinin daha da gücləndirilməsinin vacibliyini qeyd edib. V.Quliyev Azərbaycan və Türkiyə QHT Platformasının yaradılması barədə fikirlərini bölüşərək, bu təşəbbüsün iki qardaş ölkənin vətəndaş cəmiyyəti qurumları və onların birgə fəaliyyətləri üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və hər iki qurumun nümayəndə heyətləri iştirak edib.

Qeyd edək ki, görüş barədə məlumat Türkiyə Respublikası Prezident Administrasiyasının Komunikasiya İdarəsinin veb saytında yerləşdirilib.

https://www.iletisim.gov.tr/turkce/haberler/detay/iletisim-baskani-altun-azerbaycan-cumhuriyeti-stk-devlet-destegi-ajansi-baskan-yardimcisi-guliyev-ile-gorustu

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb