Fahrettin Koca: Elektron siqaretlər daha da zərərlidir

Fahrettin Koca: Elektron siqaretlər daha da zərərlidir
DÜNYA
14:43 19.12.2023
136
Türkiyənin səhiyyə naziri Fahrettin Koca son illərdə ictimaiyyət arasında geniş yayılan elektron siqaretlərlə bağlı paylaşım edib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə son vaxtlar qiymət artımlarına baxmayaraq siqaret istifadəçilərinin sayında azalma müşahidə olunmur. Bununla belə bəzi vətəndaşlar da elektron siqaret istifadə edir.

İnsanlarda tez-tez görülən bu elektron siqaretlər düşünüldüyündən daha zərərlidir.

Bu çərçivədə Fahrettin Koca vətəndaşları xəbərdar etmək üçün Ayşegül Karalezlinin videosunu paylaşıb.

Karalezli məsələ ilə bağlı bu açıqlamaları verib: 

"Elektron siqaretlər daha da zərərlidir. İctimaiyyətdə elektron siqaretin zərərsiz olduğuna dair bir fikir var. Lakin elektron siqaretlərin tərkibində qızdırılan tütün məmulatları olduğu üçün bu siqaretlərin istehsalında istifadə olunan kabellər və metallar da yanma zamanı yandırılır, bəzi metallar və minerallar ayrılır. Nikotinə və digər əlavələrə metal effektlər əlavə olunur”.

Nəzrin
OXŞAR XƏBƏRLƏR