Fahrettin Koca: “Türkiyədə COVID-19-un Braziliya və Cənubi Afrika ştammları aşkar olunub”

Fahrettin Koca: “Türkiyədə COVID-19-un Braziliya və Cənubi Afrika ştammları aşkar olunub”
DÜNYA
23:22 03.02.2021
979
Türkiyədə koronavirusun yeni mutasiyaları aşkarlanıb.

"Haber Global” məlumat verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter” səhifəsində yazıb.

"Ölkəmizdə koronavirusun Britaniya ştammı ilə yanaşı, iki nəfərdə Cənubi Afrika, bir nəfərdə isə Braziliya növü aşkarlanıb. Xəstələr və onlarla əlaqədə olan insanlar xəstəxanalarda təcrid ediliblər”, - deyə nazir bildirib.
OXŞAR XƏBƏRLƏR