Türkiyəli aktrisa Fahriye Evcenin rol alacağı yeni serialın adı məlum olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa "Afet bambaşka biri” adlı serialda rol alacaq.
Qeyd edək ki, Fahriye uzun müddət idi ki, mavi ekranlardan uzaq idi.
O, sonuncu dəfə 2021-ci ildə TRT 1-də yayımlanan "Alparslan: Büyük Selçuklu” serialında tamaşaçı qarşısına çıxıb.