Faiq Ağayev: Bu şərhimin Azərbaycan və Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur

MAQAZİN
17:53 30.06.2015
4938
"Ali və Nino" kitab evinin direktoru Nigar Köçərlinin "facebook" sosial şəbəkəsində yazdığı status birmənalı qarşılanmayıb.
AZXEBER.COM xəbər verir ki, Köçərli rus dilində yazıb: "Kimsə izah edə bilər Yunanıstan necə oldu ki, belə iqtisadi tənəzzülə uğradı?" bu statusa xalq artisti Faiq Ağayevin cavabı gecikməyib: Çünki onlar 2004-də bahalı Olimpiya Oyunlarını keçirdilər. Hər şey də ondan başladı".
Xalq artistinin bu cavabını müxalif səhifələr, o cümlədən "Meydan TV" paylaşıb və ""Cənab Qızıl Şlyagerdən "qızıl" sözlər"" başlığı ilə yazıb.
Bu şəklə rəy yazanlardan bəziləri "Faiq Ağayev müxalifətə keçib?" sualını ünvanlayıblar.
AZXEBER.COM məsələylə bağlı xalq artisti ilə əlaqə saxlayıb və müğənni bu haqda deyib: 
"İlk olaraq qeyd edim ki, bu mənim gəldiyim qənaət deyil, bu dünya iqtisadçılarının gəldiyi qənaətdir. Çünki o zaman Yunanıstan dövlət olaraq borca, xərcə gird, kreditlər götürdü və nəticədə ölkə acınacaqlı duruma düşdü. Bu məsələnin Azərbaycanla heç bir əlaqəsi yoxdur, çünki biz Avropa Oyunlarını keçirmək üçün heç kimdən borc almamışıq və ölkənin büdcəsi də qənaətbəxş durumdadır.
Xalq artisti qeyd edib ki, hər kəs öz dünyagörüşünə görə məsələyə baxır: "Mən nə dediyimi və nə yazdığımı gözəl bilirəm. Anlayıram ki, hər kəs öz dünyagörüşünə görə baxır məsələyə, ancaq mənim dediyim o deyil  və bu şərhimin Azərbaycan və Avropa Oyunları ilə yaxından-uzaqdan əlaqəsi yoxdur"
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR