Faiq Ağayev doğum günündə səhnədə olacaq - VİDEO

Faiq Ağayev doğum günündə səhnədə olacaq - VİDEO
MAQAZİN
16:39 04.10.2016
1067
Azərbaycanın sevilən müğənnisi, xalq artisti Faiq Ağayev öz doğum günündə Heydər Əliyev adına Sarayda konsert verəcək.
 
AZXEBER.COM xəbər verir ki, konsert üçün biletlər artıq satışa çıxarılıb.
 
Konsert 2 gün - 29, 30 dekabr tarixində baş tutacaq. 
 
Xalq artisti özü bu haqda deyib:
 
"Konsert üçün 8 yeni mahnı hazırlayıram. Böyük bir konsertdir. Yeni mahnımın ikincisini bu gün təhvil alacam. Konsertim ad günümə təsadüf edir. Noyabrda səhnəyə gəlməyimin 28 ili tamam olur. Bu müddətdə cəmi 2 və ya 3 dəfə böyük ad günü etmişəm. Ad günümdə qonağı rahat otuzdurmaq, kimlə yanyana qoymaq fikri çəkirəm. Ad günümü xidmətçi kimi keçirirəm. Ona görə də özəl günümdə böyük məclis etmirəm. Təmtəraq istəyəndə, səhnəyə çıxıram. Ona görə də dekabrın 29-da bu il konsert verəcəm”.
 
Xatırladaq ki, biletlərin satış qiymətləri 20-120 AZN civarında dəyişir.




OXŞAR XƏBƏRLƏR