Xalq artisti Faiq Ağayev Hindistan şou-biznesinə qatılır.
Müğənni bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, oradan təkliflər alıb:
"Azərbaycan incəsəntinin nümayəndəsi kimi Hindistana gedirəm. Danışıqlar gedir, hələ tam açıqlaya bilmirik".
F.Ağayev məşhur hind müğənnisi Alisa Çinai ilə görüşəcəyini bildirib:
"Bakıda Aişa xanımla keçirdiyimiz konsertin eynisi Hindistanda da olacaq. Aişa xanımla tez-tez danışırıq. İnşallah, gələn il baş tutacaq".