Xalq artisti Faiq Ağayev yeni mahnısını təqdim edib.
AZXEBER.COM-un məlumatına görə, 106.3 FM-də yayımlanan mahnı "Nə məsələdir?" adlanır.
Mahnının musiqisi Rabil Səfərliyə, sözləri isə Rauf Sübhiyə aiddir.
Qeyd edək ki, mahnı yayımlandığı ilk gündən hitə çevrilib və radionun TOP 10-luğunda 5-ci yeri tutur.