Faiq Ağayevi tanımaq istəyənlər bu xəbəri oxusun - STATUS

MAQAZİN
13:02 06.09.2012
7172
"Faiq Ağayevi yenidən tanıdım. Çünki məni təəccübləndirən bir halla rastlaşdım. Qəribədir bu insan onu həqiqətən sevən, sənətinə dəyər verən fanatlarının adlarını bilir, onlarla görüşür, ad günlərində, toy şənliklərində iştirak edir.
Onu sevənləri mətbuatın gözündə yaxşı görünmək xatirinə yox, dəyər verdiyi üçün diqqətdə saxlayır. Və ən əsası buna vaxt tapır. Park Bulvar AVM-də çəkilişi aparılan "İmza Mən" verilişindən sonra onunla reportaj hazırlayan TV-lərə 10-15 dəqiqə vaxtım var deyib, tələsik fanatlarının yanına qaçmağı onlarla oturub çay içib ürəkdən sevinərək vaxt keçirtməyi gizlətməyəcəm məni təəccübləndirdi. Və sevindirdi deməli hələ də belə deyək də tanınmadıqları, məşhur olmadıqları üçün "adi" insanlar adlandırdığımız vətəndaşların sevgisinin sənət adamı üçün ən əhəmiyyətli sevgi olduğunu bilənlər var.... Mən sənət dünyasına uzaq insanam, amma çox vaxt bunlar yenə də gəldi, yoruldum, bezdim ifadələri ilə onları sevgi ilə gözləyən fanatlarına münasibət bildirən sənətçilərimizi görmüşəm. Faiq Agayevin uşaq kimi sevinərək onlarla vaxt keçirtməsi, həvəslə məni Səxavət Nuru onlarla tanış etməsi çox xoşuma gəldi. Əslində bu belə də olmalıdır. Və əslində mən buna təəccüblənməməliyəm. Çünki məhz o insanlardır müğənnilərimizi məşhurlaşdıran, əlçatmaz edən. Məni təəccübləndirdiyinə və sevindirdiyinə görə təşəkkür F.,A. Sənə uğurlar!" AZXEBER.COM-un məlumatına görə, bu sözləri şəxsi "facebook" səhifəsində tanınmış jurnalist, "Park Bulvar"ın PR meneceri Günay Malikqızı xalq artisti Faiq Ağayev haqda yazıb.Qeyd edək ki, xalq artisti dünən "İmza Mən" verilişinin qonağı olub. Verilişin informasiya dəstəyi AZXEBER.COM-dur.

OXŞAR XƏBƏRLƏR