Faktiki hava açıqlandı

Faktiki hava açıqlandı
SOSİAL
19:04 29.08.2020
698
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, avqustun 29-u saat 18:00-a olan məlumata əsasən Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.
OXŞAR XƏBƏRLƏR