'Faktları varsa, ortaya qoysunlar'

İDMAN
10:21 17.01.2013
1264
Bakının AZAL klubu ukraynalı futbolçu Ruslan Zubkovu Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına aparmayacaq.Bu haqda komandanın baş məşqçisi Vaqif Sadıqov açıqlama verib.O, bildirib ki, Zubkov zədə səbəbindən Tərlan Xəlilovla birgə Bakıda qalaraq fərdi qaydada hazırlıq keçəcək. Sadıqovun sözlərinə görə, 21 yaşlı legionerin Antalyaya aparılmaması Tovuzun “Turan” klubunun iddiaları ilə bağlı deyil: “Biz Zubkovla danışdıq. O dedi ki, “Turan”da çıxış etdiyi vaxt AZAL-dan oyun satmağa dair təklif alması barədə deyilənlər doğru deyil. Ruslan “Turan” rəhbərliyinə belə bir söz demədiyini söylədi”.AZAL-ın baş məşqçisi Tovuz klubuna mesaj da göndərib: “Faktları varsa, ortaya qoysunlar. Müvafiq qurumlar da araşdırsın və lazımi ölçülər götürsün”.Qeyd edək ki, “Turan”ın vitse-prezidenti Namiq Məstanov Topaz Premyer Liqasının XVIII turu öncəsi Ruslan Zubkovun AZAL-dan oyunu satmağa dair təklif almasıyla bağlıaçıqlama verib. Onun sözlərinə görə, Zubkova “təyyarəçilər” 6 min manat pul təklif ediblər. Görüş isə 0:0 hesabı ilə nəticələnib.

OXŞAR XƏBƏRLƏR