Falçının “ilanın qabağında üç dəfə dilini çıxar” məsləhətindən sonra görün nə oldu

MARAQLI
00:06 01.12.2022
1028

Hindistanda hər zaman yuxuda onu ilanın sancdığını görən 54 yaşlı Raca son çarəni falçıda tapıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, falçıdan aldığı məsləhətlə o, ilanların yuvasına yollanıb.

Falçı ona ilanın qabağında 3 dəfə dilini çıxarmağı məsləhət görüb. Kişi falçının dediyini etdiyi zaman zəhərli ilan onun dilini dişləyib və kişi xəstəxanaya yerləşdirilib.

Kişi keçirdiyi ağrılardan xəstəxanaya aparılarkən huşunu itirib.

Manian Tibb Mərkəzinin idarəedici direktoru Senthil Kumaran bildirib ki, həkimlər Racanın dilini müalicə ediblər və kişiyə ilan zəhərinə qarşı antidot veriblər. 

Ayşən

OXŞAR XƏBƏRLƏR