"Real" (Madrid) klubunun Madrid "Atletiko"sunun hücumçusu Radamel Falkao israrı davam edir.
Qol.Az-ın "El Mundo Deportivo"ya istinadən verdiyi məlumata görə, "kral klubu" yanvar ayına kimi kolumbiyalı futbolçunun keçidinihəll etməyiplanlaşdırır.
26 yaşlı futbolçunun transferi üçün 55 milyon avro xərcləməyə hazır olan "Real"ın digər hücumçu Kərim Benzema ilə yollarını ayıracağı bildirilir.Belə ki,Falkaonun keçidi rəsmiləşərsə, fransız futbolçu "Real"dan gedəcək.
Qeyd edək ki, Benzema ilə İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klubları yaxından maraqlanır.