Son İngiltərə çempionu "Mançester Siti" klubu növbəti transfer hədəfini açıqlayıb.
Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi "Atletiko" (Madrid) klubunun hücumçusu Radamel Falkaoya "elçi" düşüb.
"Mançester Siti" klubunun baş məşqçisi Roberto Mançiniyeni mövsümdən kolumbiyalı futbolçunu komandasında görmək istədiyini açıqlayıb. "Atletiko" klubunun prezidenti Enqike Kerezo da "şəhərlilər"in Falkao ilə maraqlandıqlarını təsdiqləyib. Lakin Kerezo Falkaonun ən azı mövsümün sonunadək "Atletiko"da çıxış edəcəyini bildirib.
Qeyd edək ki, Falkao La Liqada 9 qolla bombardirlik yarışına başçılıq edir.