"Atletiko" klubunun prezidenti Enrike Kerezo komandasının hücumçusu Radamel Falkaonun satışından gələcək pula ehtiyacının olmadığını açıqlayıb.
AZXEBER.COM-un məlumatına görə, kolumbiyalı futbolçunu satmaq məcburiyyətində olmadıqlarını deyən Kerezo Falkaonun komandada saxlayacaqlarını bildirib:
"Komandamın büdcəsi məni qane edir. Hansısa futbolçunu satmağa ehtiyacımız yoxdur. "Çelsi"nin Falkaonun transferi üçün 60 milyon avro təklif etdiyini bilirəm. Ancaq biz Falkaonu satmaq məcburiyyətində deyilik. Lazım gələrsə, bu məbləği biz ona verərik. Düşünürəm ki, Falkao elə olması gərəkən yerdədir".
Qeyd edək ki, Falkao ilə "Çelsi" ilə yanaşı, "Real" (Madrid) klubu da yaxından maraqlanır.