Familyası ilə zarafatlaşan dostunu bıçaqladı

MARAQLI
17:31 04.02.2020
5698
Türkiyənin Merkezefendi bölgəsində 16 yaşlı şagird dostunu bıçaqlayıb.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, familyasını ələ saldığı üçün 16 yaşlı C.K sinif yoldaşı M.T-nı ayağından bıçaqlayıb.
 
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım çağırılıb. Zərərçəkən ayağından aldığı yüngül bıçaq zərbəsi ilə xəstəxanaya aparılıb.
 
M.T-nın vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb.
 
Faktla bağlı araşdırma davam edir.
 
Mələk Cabbar

OXŞAR XƏBƏRLƏR