AZXEBER.COM-un məlumatına görə, insidentlə bağlı Lənkəran Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Son məlumata görə, Lənkəranda 50-a yaxın fanat saxlanılıb, bakılı azakeşlər isə hələ də meydanı tərk edə bilmirlər.
İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb.
İnsidentdə stadiona xeyli ziyan dəyib. Fanatlar stadionun bəzi sektorlarını yandırıblar.