Ziyarət edib, əklil qoydular.
Ağır avtomobil qəzasından sonra dünyasını dəyişən Hüseyn Dəryanın pərəstişkarları onun məzarını ziyarət ediblər.
AZXEBER.COM lent.az-a istinadən xəbər verir ki, H.Dəryanın fanatları mərhumun qəbrini ziyarət edərək, əklil qoyublar.
Xatırladaq ki, H.Dəryanın vəfatından 16 gün keçir. Məşhur reper martın 15-də idarə etdiyi 99 EK 575 nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili ilə Heydər Əliyev Beynəlxalq Hava limanına gedən yolda qəzaya düşdükdən sonra 3 saylı Sabunçu şəhər xəstəxanasında dünyasını dəyişib.





