"Fanatlıq etdiyim şəxsə baxın"- aktrisa ilə müğənni dalaşdı

"Fanatlıq etdiyim şəxsə baxın"- aktrisa ilə müğənni dalaşdı
MAQAZİN
01:00 09.06.2018
18322
Maşın" şounun növbəti buraxılışında yeni qalmaqalla imza atılıb.

AZXEBER.COM xəbər verir ki, müğənni Rahidə Baxışovanın ötən gün Əli Mirəliyevə dəstək olması aktrisa Pərvin Abıyevanın xoşuna gəlməyib.
 
O bildirib ki, onu hədəf seçən müğənniyə dəstək olarkən, Pərvinin adını çəkməsi doğru deyil. Rahidə Baxışova isə onun işinə qarışmamasını tapşırıb. Tərəflər səslərini yüksəldib, digər iştirakçılar isə onları sakitləşdirib. Abıyeva vulqar söz işlətdiyi üçün efirə gedən görüntülərdə səsi kəsilib, Baxışova isə onun adını çəkməməsini deyib. 

"Mənim uşaqlıqda fanatlıq etdiyim şəxsə baxın. Sən mənim hədəfim ola bilməzsən. Mənim rəqibim böyük adamlar ola bilər"-, deyərək Pərvin söhbətə son qoyub.

Qeyd edək ki, bu gün səsverməyə Roza Zərgərli çıxıb
OXŞAR XƏBƏRLƏR