Fatih Terim Çexiya yığmasının baş məşqçisi olacaq?

Fatih Terim Çexiya yığmasının baş məşqçisi olacaq?
İDMAN
17:40 10.09.2025
308
Fatih Terim Çexiya milli komandasının baş məşqçi postuna namizədlərdən biri kimi göstərilir.

AZXEBER.COM xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin L qrupunda çıxış edən Çexiya yığmasında rəhbərlik dəyişikliyi gündəmdədir. 

Komandanın Səudiyyə Ərəbistanı ilə yoxlama görüşündə 1:1 hesablı heç-heçə etməsindən sonra İvan Haşekin vəzifəsini itirə biləcəyi irəli sürülüb.

Federasiya onun yerinə 72 yaşlı türk mütəxəssis Fatih Terimi namizədlər sırasına əlavə edib. 

Təcrübəli çalışdırıcı son olaraq Səudiyyə Ərəbistanının "Əl-Şabab” klubunda fəaliyyət göstərib və 23 oyunda 12 qələbə, 4 heç-heçə, 7 məğlubiyyətlə yadda qalıb. 

Qeyd edək ki, Çexiya millisi seçmə mərhələdə indiyədək 5 oyun keçirib, bunlardan 4-də qalib gəlib, 1 dəfə isə uduzub. 12 xalla qrup cədvəlində 2-ci sırada qərarlaşan komanda növbəti qarşılaşmasını oktyabrın 9-da, Praqada Xorvatiyaya qarşı keçirəcək.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR