Fatih Terim göz yaşlarıyla getdi - VİDEO

İDMAN
16:28 25.09.2013
1992

“Qalatasaray” rəhbərliyinin dünən istefaya göndərdiyi Fatih Terim futbolçularla vidalaşıb.

AZXEBER.COM-un məlumatına görə, klubun Floryadakı bazasında yetirmələrinin hər birini qucaqlayan “imperator” göz yaşlarını saxlaya bilməyib.

Bəzi futbolçular da məşqçinin gedişindən mütəəssir olaraq duyğulanıb. Sonda Terimi alqışlarla yola salıblar.

Qeyd edək ki, dünən Terimin göndərildiyini öyrənən "Qalatasaray" fanatları gecə radələrində onun evinin qarşısına toplaşıblar. Fatih Terim onların qarşısına çıxaraq "Haqqınızı halal edin" deyib.

OXŞAR XƏBƏRLƏR