Fatih Terim hakimin üzünə tüpürüb? – “Haqqımı halal etmirəm"

Fatih Terim hakimin üzünə tüpürüb? – “Haqqımı halal etmirəm"
İDMAN
16:18 03.11.2018
3813

Dünən keçirilən və oyundan sonra qalmaqalları ilə yadda qalan "Qalatasaray” - "Fənərbaxça” derbisi ilə bağlı daha bir biabırçı məqam üzə çıxıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, baş hakim Fırat Aydınusun qərarlarından narazı qalan "cim-com”un baş məşqçisi Fatih Terimin final fitindən sonra ona yaxınlaşdığı və üzünə tüpürdüyü iddia olunur.

 

 

 

Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında da referinin ünvanına sərt sözlər işlədib: "Oyunu Fırata qədər və Fıratdan sonra olmaqla iki hissəyə ayırmaq olar. Meydanda ilk hissədə hesabda irəli çıxan, ikinci yarıda fərqi artıran və qol fürsətlərini qaçıran bir "Qalatasaray” var idi. Görünür, bunlar Fıratın xoşuna gəlmədi. Ümumilikdə, o, çox vaxt matçın önünə keçmək istəyir. Halbuki oyun çox yaxşı gedirdi. Hakim 2 mübahisəli qərar verdi. Birincisi, fit çaldığı epizodlarda qayda pozuntusu varsa, üzr istəməyə hazıram. İkincisi isə topun auta çıxdığı epizodla bağlıdır. Əgər həmin vaxt top həqiqətən Belhandanın ayağına dəyib meydanı tərk edibsə, yenə üzr istəyə bilərəm.

Bundan sonra baş verənlər də çox maraqlıdır. Ötən həftə VAR hakimi Barış Şimşək idi. Bu dəfə də bu vəzifəni ona həvalə etmişdilər. Deməli, başqası yoxdur. Tarık Onqun və Ali Palabıyık var. 7 hakimdən biri autu və qayda pozuntusunu görmədi. Haqqımı halal etmirəm. Heç bizimi haqqımızı yeyə bilməz. Rəhbərlərinə şikayət etsəm, arxalarında duracaqlar. Ən yaxşısı Allaha tapşırmaqdır. Bu qərarlara qədər oyunçular arasında 1 dənə çirkin hərəkət var idi? Hesab bir tərəfə, bərabərliyi də çətinliklə qoruyub saxladıq. 2:3 uduza da bilərdik. Halbuki böyükhesablı qələbə qazanacağımızı gözləyirdik”.

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan derbidən sonra futbolçular arasında dava düşüb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi