Terimi kim əvəz edəcək?
Fatih Terimin “Qalatasaray”dan ayrılmasının ardından yeni baş məşqçi postuna kimin gətiriləcəyi maraqla gözlənilir.
Azxeber.com sportal.az-a istinadənxəbər verir ki, bu vəzifəyə iddialı olan məşqçilər artıq mətbuata bomba kimi düşüb.
İlk sırada Roberto Mançinin olması isə diqqətdən yayınmayıb. Buna səbəb Çempionlar Liqasındakı “Qalatasaray” – “Real Madrid” matçının Mançinin köməkçisinin izləməsi olub. Amma bunlar hələ ki, iddiadır.
Roberto Mançini
Doğum tarixi: 27 Noyabr 1964
Doğum Yeri: Ancona, İtaliya
Ölkəsi: İtaliya
Yaşı: 48
İşlətdiyi komandalar: Fiorentina, Latsio, İnter, Mançester Siti
Müvəffəqiyyətləri: İtaliya Kuboku, İtaliya Super Kubok, Serie A, Premyer Liqa, Federasiya Kuboku.
Josef Heynckes
Doğum tarixi: 9 May 1945
Doğum Yeri: Münhenqladbax, Almaniya
Ölkəsi: Almaniya
Yaşı: 68
İşlətdiyi komandalar: Borussia Münhenqladbax, Athletik Bilbao, Ayntraxt Frankfurt, Tenerife, Real Madrid, Benfika, Atletik Bilbao, Şalke 04, Bayer Leverkusen, Bavariya
Müvəffəqiyyətləri: Çempionlar Liqası (2), Bundesliga (3), İspaniya Super Kuboku, UEFA Kuboku
Mirça Luçesku
Doğum tarixi: 29 İyul 1945
Doğum Yeri: Buxarest, Rumuniya
Ölkəsi: Rumuniya
Yaşı: 68
İşlətdiyi komandalar: Corvinul Hunedoara, Rumuniya Milli Komanda, Dinamo Buxarest, Murdara, Breşia, Recciana, Rapid Buxarest, İnter, Rapid Buxarest, Qalatasaray, Beşiktaş, Şaxtyor Donetsk
Müvəffəqiyyətləri: Rumuniya Liqası (2), UEFA Super Kubok, Türkiyə Super Liqa (2), Ukrayna Liqası (7), Ukrayna Super Kuboku, UEFA Kuboku
Marselo Bielsa
Doğum tarixi: 21 İyul 1955
Doğum Yeri: Rosario, Argentina
Ölkəsi: Argentina
Yaşı: 58
İşlətdiyi komandalar: Nyus Old Boys, Atlas, Klub Amerika, Velez Sarsfield, Espanyol, Argentina, Çili, Athletik Bilbao
Müvəffəqiyyətləri: İspaniya Kuboku, UEFA Avropa Liqası
Roberto Di Matteo
Doğum tarixi: 29 May 1970
Doğum Yeri: Şaffhausen, İsveçrə
Ölkəsi: İtaliya
Yaşı: 43
İşlətdiyi komandalar: Vest Bromviç Albion, Çelsi
Müvəffəqiyyətləri: Çempionlar Liqası, Federasiya Kuboku, İngiltərə Liqa Kuboku