Fatih Terimin istefası qəbul olunmadı

KRİMİNAL
21:55 22.01.2018
2226

Formal olaraq istefa verəcəyi deyilən "Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim vəzifəsində qalıb.

 İstanbul klubunun yeni prezidenti Mustafa Cengiz "TRT Spor”a deyib ki, təcrübəli mütəxəssisin istefası qəbul olunmayıb:

"Fatih Terim mənə hörmət əlaməti olaraq istefa təklifi ilə çıxış etdi. Amma qəbul etmədim. Terimin adını ilk olaraq mən dilimə gətirdim. Baş məşqçimiz ilə davam edəcəyik”, - deyə M.Cengiz vurğulayıb.

Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 22-də 4-cü dəfə "Qalatasaray”ın baş məşqçisi təyin olunub. Həmin vaxt klub prezidenti son seçkidə uduzan Dursun Özbək idi. F.Terim də seçkidən sonra istefa verəcəyini, qərarı yeni rəhbərliyin öhdəsinə buraxacağını söyləmişdi.

qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR