Rəqqasə Fatimə Fətəliyeva evindən qızıllarının oğurlandığını deyib.
AZXEBER.COM xəbər verir ki, sənətçi bu haqda "İncə səhər” verilişində qonaq olarkən məlumat verib.
FAtimənin sözlərinə görə, evində çalışan qadın onun qızıllarını oğurlayıb:
"Evimdə 4 il işləyən qadın oğurluq etdi. Deyirdim, ondan yaxşısı mümkün deyil. Mənə, anama, uşaqlarıma necə can yandırırdı. Hər dəfə evimdən qızıllarım, brilyantlarım itirdi. Məndə bir xasiyyət var idi, qızılları çıxardıb harasa atırdım. O da bunu bildi və götürürmüş. 4 ildən sonra elə məqam oldu ki, üstü açıldı. Mənə hədiyyə edilən özəl zinət əşyası var idi. İtdi, başqa yerdə satışda olub. Mənə zəng gəldi ki, bunları satmısan? Dedim yox, itirmişəm. Bir günün içində kameradan tapdılar ki, kim gətirib satmağa. Qadının ailəsi gəldi yalvardı, polisə şikayət etmədim. İndi Allah bilir harda çalışır, kimin evini yıxır”.