Fatimənin gözəllik salonu qarət olundu: Rəqqasə oğrunun videosunu yaydı

Fatimənin gözəllik salonu qarət olundu: Rəqqasə oğrunun videosunu yaydı
MAQAZİN
17:11 26.09.2018
4596

Rəqqasə Fatimə Fətəliyevanın mərkəzindən oğurluq olub.

AZXEBER.COM xəbər verir ki, onun Ziya Bünyadov 36 A ünvanında yerləşən gözəllik mərkəzi qarət olunub.  

Bu barədə rəqqasənin özü instaqramda məlumat verib.  Fatimə təhlükəsizlik kameralarında əks olunan görüntüləri paylaşaraq ona böyük bir ziyan dəydiyini bildirib: "Gecə saatlarında qarət olunub. Görüntülərdə gördüyünüz şəxs salonuma daxil olaraq, mənə böyk ziyan vurub. 

 

Ən əsası iş üçün istifadə etdiyimiz iPad-i oğurlayıb. Orada mənim işlə bağlı bütün materiallarım var idi. Hörmətli dövlət orqanları, sizdən xahiş edirəm, təcili sürətdə bu gördüyünüz oğrunu tapın”.

OXŞAR XƏBƏRLƏR